Həndbol: Azərbaycan kubokunda finalçılar müəyyənləşib

Kişi həndbolçular arasında Azərbaycan kubokunda finalçılar müəyyənləşib.

Azərbaycan Həndbol Federasiyasından Komanda.az-a verilən məlumata görə, yarımfinalda “Azəryol” komandası “Dinamo” ilə, “Bakı” isə “Qarabağ”la üz-üzə gəlib.

“AHF Arena”da keçirilən görüşlərdə “Azəryol” “Dinamo” üzərində 45:28 hesablı qələbə qazanıb. “Bakı” isə “Qarabağ”ı məğlub edib – 34:28.

Beləliklə, finalda “Bakı” və “Azəryol” qarşılaşacaq. Həlledici oyun mayın 30-da keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button