“Həmin oyundan sonra “Neftçi”də işləmək istəmirdim”

“Neftçi”nin sabiq baş məşqçisi Füzuli Məmmədov “Extra Time” verilişinin qonağı olub.

Komanda.az xəbər verir ki, mütəxəssis, verilişdə “Neftçi”dən ayrılığı barədə də danışıb:

“Mən istefa verdim, onlar da qəbul etdilər. Gördülər ki, fikrimdə qətiyəm. İstefamın səbəbi “Qarabağ”a böyük hesablı məğlubiyyət (0:6) oldu. Həmin oyundan sonra “Neftçi”də işləmək istəmirdim. Oyunun nəticəsi mənə çox pis təsir etmişdi. Klub prezidenti məni fikrimdən daşındırmağa çalışsa da, alınmadı. Hamıya təşəkkür edib, “Neftçi” ilə vidalaşdım.

İstirahətə vaxtım olmadığı üçün istefa verdikdən sonra futboldan bir qədər kənarda qalmağa qərar verdim. Bu müddətin mənə xeyri oldu”.

Məmmədov “Neftçi”dən ötən ilin noyabrında ayrılıb.