“Şəhər əla, klub yaxşıdır, birlikdə titullar qazanırıq”

Son vaxtlar “Mançester Siti”nin transfer hədəfində olduğu deyilən “Bavariya”nın futbolçusu Kinqsli Koman açıqlama verib.

Komanda.az xəbər verir ki, Münhen klubunun saytına müsahibə verən yarımmüdafiəçi, karyerası ilə bağlı danışıb:

“Artıq beş ildir ki, “Bavariya”dayam. Amma bu, hələ vaxtın yarısıdır. Cəmi 23 yaşım var və hələ qarşıda yüksək səviyyədə keçirə biləcəyim 10 il var. Gələcək karyeramı proqnozlaşdırmaq üçün hələ tezdir. Frank Riberi kimi 12 il bu klubda çıxış etdiyimi təsəvvür edirəm. Əminəm ki, hələ uzun müddət “Bavariya”da qalacam. Şəhər əla, klub yaxşıdır, birlikdə titullar qazanırıq. Həm Riberi, həm də Aryen Robben 10 ildən çox bu klubda çıxış etdilər və böyük karyeraya sahib oldular. İnanıram ki, mən də belə böyük karyera qura biləcəm”.