“Hələ ki, Pepe ilə rəsmi müqavilə imzalamamışıq, amma…” – Emeri

İngiltərənin “Arsenal” klubunun baş məşqçisi Unay Emeri Nikolas Pepenin mümkün transferi ilə bağlı açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, 47 yaşlı mütəxəssis, “Lill”in şərəfini qoruyan Pepenin transferini tamamlamadıqlarını bildirib:

“Hazırda bir çox futbolçularla danışıq aparırıq. Bizə kömək edəcək, komandanın vəziyyətini yaxşılaşdıracaq futbolçuları seçmək istəyirik. Müxtəlif seçim variantlarımız var. Hələ ki, Pepe ilə rəsmi müqavilə imzalamamışıq, amma hadisələrin gedişatını izləyirik.

Dani Seballosla razılıq əldə etdik, Pepeni transfer etmək üçün də şansımız var. Əsas məqsədimiz bizi gücləndirəcək futbolçuları heyətə qatmaqdır”.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button