“Hələ də inana bilmirəm ki, bu, millidəki son oyunumdur”

“Bazel”in hücumçusu Adam Salai Macarıstan millisində keçirdiyi son oyunundan sonra fikirlərini bildirib.

Komanda.az xəbər verir ki, UEFA-nın mətbuat xidmətinə danışan Salai bunları deyib:

“Hələ də inana bilmirəm ki, bu, milli komandadakı son oyunumdur. Bütün diqqətimi 90 dəqiqəyə yönəltməyə çalışdım. Yaxşı nəticə qazanmaq üçün şanslarımızın olduğunu bilsək də, əla fürsəti əldən verdik”.

Macarlar UEFA Millətlər Liqasındakı son oyunda İtaliyaya 0:2 hesabı ilə uduzub. Bu qələbə ilə İtaliya millisi Millətlər Liqasının pley-off mərhələsinə vəsiqə qazanıb. Macarıstan isə A liqasındakı yerini qoruyub və 3-cü qrupun turnir cədvəlində ikinci yeri tutub.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button