“Hədəfim budur” – Tuxel

PSJ-nin baş məşqçisi Tomas Tuxel, Çempionlar Liqasında mübarizəni dayandırmaları və komandadakı gələcəyi haqqında açıqlama verib.

Komanda.az Fransa mətbuatına istinadən xəbər verir ki, 45 yaşlı mütəxəssis, “Mançester Yunayted”ə 1:3 hesabı ilə məğlub olduqları matçla bağlı fikirlərini bölüşüb:

“Mançester Yunayted”ə məğlub olmağımız qəza idi. Son illərdə uğursuzluğun çox olduğunu bilirəm, amma bu, mənimlə birlikdə ilk oldu. Cavab oyununda iki inanılmaz fərdi səhv etdik. Oyunun sonunda isə hakim səhv etdi”.

Alman mütəxəssis PSJ-də xoşbəxt olduğunu bildirib:

“Çempionlar Liqası ilə dramatik şəkildə vidalaşa bilərik, amma mənim PSJ ilə müqaviləm var. Bu klubla inkişaf etmək, uğur qazanmaq istəyirəm. Hədəfim budur”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button