Gürcüstan millisinin futbolçusu “Qarabağ”da – rəsmi

“Qarabağ” klubu Gürcüstan millisinin qapıçısı Luka Quqeşaşvilini heyətinə qatıb.

Komanda.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin rəsmi “tvitter” hesabı məlumat yayıb.

22 yaşlı futbolçu Polşanın “Yagelloniya” klubundan mövsümün sonuna qədər icarəyə götürülüb. Luka Quqeşaşvilinin “Qarabağ”la icarə müqaviləsi başa çatdıqdan sonra onun transfer hüququnu əldə etmək səlahiyyəti “Qarabağ”a məxsusdur.

Son olaraq icarə əsasında ölkəsinin “Dila” klubunda çıxış etmiş Quqeşaşvili müqavilə ilə Polşa “Yagelloniya”sına məxsusdur. O, bu komandanın heyətində heç bir oyuna çıxmayıb. Ölkəsində Tbilisi “Dinamo”sunun da formasını geyinmiş qapıçı Polşada “Podlyasye”, İspaniyada isə “Qranada”nın B komandasında oynayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button