“Gəncədə yenidən futbolun əzəmətli səsi ucalacaq” – İlqar Nadiri

“Kəpəz”in İdarə Heyətinin sədri İlqar Nadiri yeni baş məşqçi Azər Məmmədovun təqdimat mərasimində çıxış edib.

Komanda.az xəbər verir ki, klub rəhbəri məqsədlərinin yaxşı kollektiv formalaşdırmaq olduğunu bildirib:

“Gəncədə yenidən futbolun əzəmətli səsi ucalacaq. Uğuru birdən-birə qazanmaq olmaz. Məqsədimiz yaxşı kollektiv formalaşdırmaq və akademiyadakı gəncləri tədricən əsas komandaya cəlb etməkdir. Bunlar uzunmüddətli proqramdır. Bu işi birlikdə bacaracağımıza inanıram”.

O, gələcəkdə sponsor məsələsinin də həll olunacağına ümid etdiyini deyib.

“Kəpəz” Azər Məmmədovla 1+1 illik müqavilə imzalayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button