Gəncədə təlim-məşq toplanışı

Azərbaycan Voleybol Federasiyası (AVF) növbəti təlim-məşq toplanışını Gəncə şəhərində təşkil edib.

AVF-nin mətbuat xidmətindən Komanda.az-a verilən məlumata görə, Azərbaycan Texnologiya Universitetinin idman zalında keçirilən məşq prosesində Gəncə Regional Voleybol Klubunun 60-a yaxın yeniyetmə və gənc qızları, eləcə də regionda fəaliyyət göstərən məşqçilər iştirak ediblər.

Məşqləri yeniyetmə və gənc qızlardan ibarət milli komandaların rəhbəri Şahin Çatma keçib. Gündə iki dəfə keçirilən məşqlər həm fiziki, həm də texniki hazırlıqdan ibarət olub.

Məşqlər mayın 15-17-də baş tutub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button