Futzal üzrə Azərbaycan kubokunun qalibi məlum oldu

Bu gün futzal üzrə Azərbaycan kubokunun final oyunu keçirilib.

Komanda.az xəbər verir ki, Bakı İdman Sarayında “Advokat” və EKOL komandaları qarşılaşıb. Oyun 7:3 hesabı ilə EKOL komandasının xeyrinə başa çatıb.  

Görüş başa çatdıqdan sonra mükafatlandırma mərasimi təşkil olunub. Mükafatları AFFA-nın futzal üzrə koordinatoru Zaur Hacı-Məhərrəmov, Azərbaycan Futzal Federasiyasının əməkdaşı Xosrov Məmmədov, beynəlxalq dərəcəli hakim-inspektor Elçin Səmədli təqdim ediblər. EKOL komandasının üzvü Namiq Məmmədkərimov həlledici qarşılaşmanın ən yaxşı oyunçusu seçilib.