“Bu vəziyyət bizi bir-birimizə daha da yaxınlaşdıracaq” – Buffon

İtaliyanın “Yuventus” klubunun qapıçısı Canluici Buffon açıqlama verib.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 42 yaşlı futbolçu, karyerası və koronavirus pandemiyası ilə bağlı danışıb:

“Futbolu buraxmağı düşünmürəm, çünki özümü hələ oynamaq üçün yaxşı hiss edirəm. Gerçəkləşdirdiyim xəyallarım var, bu qədər irəliləyəcəyimi heç vaxt düşünməzdim.

Koronavirusla bağlı məsələlərdə başqalarına hörmət etməli və verilən təlimatları yerinə yetirməliyik. Bu vəziyyət bizi bir-birimizə daha da yaxınlaşdıracaq. Özümü yaxşı hiss edirəm, heç bir problem yoxdur”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button