“Napoli” PSJ kimi böyük klubun təklifindən imtina edəndə, əsəbiləşməyimiz normaldır”

İtaliyanın “Napoli” klubunun yarımmüdafiəçisi Allanla bağlı açıqlama verilib.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 29 yaşlı futbolçunun meneceri Klaudio Vajedji, Allanın qış fasiləsində PSJ-yə transferinin baş tutmaması barədə danışıb:

“Napoli” PSJ kimi böyük və vacib bir klubun təklifindən imtina edəndə, əsəbiləşməyiniz normaldır. Düzü, Allan və “Napoli” hər kəsə uyğun həll yolu tapmağa çalışır. Futbolçu ilə klub arasında işlərin necə olduğunu bilmirəm, amma əminəm ki, onlar bütün bu məsələləri həll edə bilərlər. Allan peşəkar futbolçudur”.

2015-ci ildən “Napoli”nin şərəfini qoruyan braziliyalı futbolçunun klubla müqaviləsi 2023-cü ilin iyununda başa çatır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button