AÇ-2020: Uels millisinin heyəti açıqlandı

Futbol üzrə Uels millisinin Avropa çempionatı üçün yekun heyəti açıqlanıb.

Komanda.az xəbər verir ki, yığmada baş məşqçi səlahiyyətlərini yerinə yetirən Robert Peyc 26 futbolçuya dəvət göndərib. Bu barədə Uels Futbol Assosiasiyasının mətbuat xidməti məlumat yayıb. Heyətdə 3 qapıçı, 9 müdafiəçi, 10 yarımmüdafiəçi və 4 hücumçu yer alıb:

Qapıçılar: Ueyn Hennessi (“Kristal Pelas”, İngiltərə), Denni Uord (“Lester”, İngiltərə), Adam Devis (“Stok Siti”, İngiltərə);

Müdafiəçilər: Ceyms Lourens (“Sankt Pauli”, Almaniya), Kris Mefam (“Bornmut”, İngiltərə), Kris Qanter (“Çarlton”, İngiltərə), Konnor Roberts, Ben Kabanqo (hər ikisi “Suonsi”, İngiltərə), Co Rodon, Ben Deyvis (hər ikisi “Tottenhem”, İngiltərə), Riys Norrinqton-Deyvis (“Şeffild Yunayted”, İngiltərə), Neko Uilyams (“Liverpul”, İngiltərə);

Yarımmüdafiəçilər: Conatan Uilyams, Rubin Koluill (hər ikisi “Kardiff Siti”), Aaron Remsi (“Yuventus”, İtaliya), Co Morrell (“Luton”, İngiltərə), Etan Ampadu (“Çelsi”, İngiltərə), Co Allen (“Stok Siti”), Mettyu Smit (“Mançester Siti”, İngiltərə), Dilan Luitt (“Mançester Yunayted”, İngiltərə), Devid Bruks (“Bornmut”, İngiltərə), Harri Uilson (“Liverpul”);

Hücumçular: Daniel Ceyms (“Mançester Yunayted”, İngiltərə), Qaret Beyl (“Real”, İspaniya), Kiffer Mur (“Kardiff Siti”), Tayler Roberts (“Lids”, İngiltərə).

AÇ-2020 bu il 11 iyun – 11 iyul aralığında keçiriləcək. AÇ-2020-yə ev sahibliyi edəcək şəhərlər arasında Bakı da var.

İtaliya millisi AÇ-2020-də Türkiyə, Uels və İsveçrə ilə birgə A qrupunda mübarizə aparacaq. Sözügedən qrupun Uels – İsveçrə, Türkiyə – Uels və İsveçrə – Türkiyə oyunları Bakı Olimpiya Stadionunda keçiriləcək. Təqvimə əsasən, Bakı 1/4 final mərhələsinin də bir oyununa ev sahibliyi edəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button