Millidə yeni kapitan – 22 yaşında

Futbol üzrə Norveç milli komandasının yeni kapitanı məlum olub.

Komanda.az xəbər verir ki, bu, yarımmüdafiəçi Martin Odeqarddır. Bu barədə Norveç millisinin mətbuat xidməti məlumat yayıb. Xəbərdə, artıq yığmanın oyunlarında kapitanlıq sarğısını Odeqardın daşıyacağı bildirilib.

Norveç millisinin bundan əvvəlki kapitanı Stefan Yohansen idi. 30 yaşlı futbolçu yığmadakı karyerasını bitirdiyini açıqlayıb.

Odeqard İngiltərənin “Arsenal” klubunda icarə əsasında çıxış edir. 22 yaşlı yarımmüdafiəçi müqavilə ilə İspaniya “Real”ına məxsusdur.

Norveç millisi DÇ-2022-nin seçmə mərhələsində martın 24-də Cəbəllütariq, 27-də Türkiyə, 30-da isə Monteneqro ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button