Premyer Liqada koronavirusa 94 yeni yoluxma

Futbol üzrə İngiltərə Premyer Liqasında mübarizə aparan klubların kollektivləri növbəti dəfə koronavirus testindən keçib.

Komanda.az xəbər verir ki, bu barədə turnirin rəsmi saytı məlumat yayıb. Xəbərdə, 27 dekabr-2 yanvarda 14250 nəfərdən götürülmüş koronavirus testlərindən 94-ünün nəticəsinin müsbət olduğu bildirilib.

Koronavirusa yoluxan şəxslərin adları açıqlanmayıb və onlar 10 günlük karantinə alınıblar.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button