Daha bir ölkədə yeni mövsümün başlama vaxtı bilindi

Futbol üzrə Finlandiya çempionatında yeni mövsümün başlama vaxtı məlum olub.

Komanda.az xəbər verir ki, bu barədə “hs.fi” saytı məlumat yayıb. Xəbərdə, Finlandiya Veikkausliiqasının iyulun 1-dən başlayacağı bildirilib. Mövsümün yekunu isə noyabrın 21-də olacaq.

Çempionatda 12 komanda iştirak edəcək. Oyunlar iki dövrədən ibarət olacaq. 22 turdan sonra 6 komandanın iştirakı ilə daha 5 oyun keçiriləcək.

Veikkasuliiqanın son çempionu “KuPS” klubudur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button