“Sabah”dan darmadağın, “Zaqatala” “Zirə”ni məğlub etdi

Futbol üzrə Azərbaycan 1-ci divizionunda 17-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, turun mərkəzi görüşü Gəncədə keçirilib. Şəhərin “Kəpəz” komandası “Turan Tovuz”u qəbul edib. Görüş qonaqların 2:0 hesablı qələbəsiylə başa çatıb. MOİK isə “Sumqayıt-2”-ni minimal hesabla məğlub edib – 1:0.

“Sabah-2” bu turda səfərdə “Qaradağ Lökbatan”ı, “Zaqatala” isə “Zirə-2”-ni məğlub edib. “Qarabağ-2” isə “Səbail-2” ilə qolsuz bərabərə qalıb.

Birinci divizion, 17-ci tur

27 fevral

MOİK – Sumqayıt-2 1:0
Qol:
Ümid Şükürlü, 80.
Hakimlər: Namiq Bəkirov, Ruslan Quliyev, Səbuhi Soltanov, İnqilab Məmmədov
Hakim-inspektor: Ruhulla Kərimov
AFFA nümayəndəsi: Erkin Hüseynov
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu

Kəpəz – Turan Tovuz 1:2
Qol:
Novruz Məmmədov, 90+4 – Elçin Qasımov, 58. Fərid Məmmədov, 63.
Hakimlər: Rəvan Həmzəzadə, Cavanşir Yusifov, Taleh Məmmədov, Kamranbəy Rəhimov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Asif Əliyev
Gəncə şəhər stadionu

28 fevral

Qaradağ Lökbatan – Sabah-2 0:5
Qol:
Mehdi Çoba, 14; 29. Reza Biqdelo, 79. Zahir Mərdanov, 90+4; 90+6-pen.
Hakimlər: Nicat İsmayıllı, Zöhrab Abbasov, Elmin Süleymanov, Rauf Cabarov
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Şaiq Həmidov
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu

Səbail-2 – Qarabağ-2 0:0
Hakimlər: Rəhim Həsənov, Akif Əmirəli, Elman Kərimov, İslam Məmmədov
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Rüfət Əmirov
“ASCO Arena”

Zirə-2 – Zaqatala 1:3
Qol:
Tapdıq əhmədov, 1-pen – Xəyal Əmirli, 10. Ülvi Quliyev, 50. Roini İsmayılov, 83.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Kamran Bayramov, Tural Qurbanov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
“AZAL Arena”

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button