Afrika Millətlər çempionatının qalibi bilindi

Futbol üzrə Afrika Millətlər çempionatının qalibi məlum olub.

Komanda.az xəbər verir ki, həlledici görüşdə Mərakeş millisi ilə Mali qarşılaşıb. Görüş mərakeşlilərin 2:0 hesablı qələbəsiylə başa çatıb. Mərakeş millisi bununla da, ardıcıl ikinci dəfə Afrika Millətlər çempionatının qalibi adını qazanıb.

Afrika Millətlər çempionatı iki ildən bir keçirilir. Turnirdə yalnız yerli liqalarda çıxış edən futbolçular iştirak edirlər.

Futbol üzrə Afrika Millətlər Kuboku turniri də bu il keçiriləcək.

Afrika Millətlər çempionatı, final

7 fevral

Mali – Mərakeş 0:2
Qol:
Buftini, 69, El-Kaabi, 79

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button