Premyer Liqa dayandırıla bilər – karantin qaydalarını pozan futbolçuya görə

Futbol üzrə Şotlandiya Premyer Liqası dayandırıla bilər.

Komanda.az xəbər verir ki, buna səbəb, “Seltik” klubunun futbolçusu Boli Bolinqolinin karantin qaydalarına əməl etməyərək, Premyer Liqa oyununda iştirak etməsidir. Bu barədə “Sky Sports” məlumat yayıb.

Boli Bolinqoli İspaniyadan qayıtdıqdan sonra karantinə alınmayıb və o, çempionatın 2-ci turunun “Kilmarnok”la matçında (1:1) iştirak edib.

Şotlandiya hökuməti Bolinqoli karantinə əməl etmədiyi üçün Premyer Liqanı dayandıra bilər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button