AÇ-2020 öncəsi daha bir futbolçuda koronavirus aşkarlandı

Futbol üzrə İsveç milli komandasının daha bir futbolçusunda koronavirus aşkarlanıb.

Komanda.az xəbər verir ki, yığmada Deyan Kuluşevskidən sonra Mattias Svanberqin də koronavirus testi müsbət çıxıb. Bu barədə İsveç mətbuatı məlumat yayıb.

İsveç milli komandası AÇ-2020-nin qrup mərhələsində İspaniya, Slovakiya və Polşa yığmaları ilə qarşılaşacaq.

AÇ-2020 bu il iyunun 11-dən iyulun 11-dək keçiriləcək. Turnirə ev sahibliyi edəcək şəhərlər arasında Bakı da var. Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə – Uels, Türkiyə – Uels və Türkiyə – İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin bir oyununa ev sahibliyi edəcək.