Hindistan millisi xorvata tapşırıldı

Futbol üzrə Hindistan millisinin yeni baş məşqçisi məlum olub.

Komanda.az xəbər verir ki, yığmanın “sükan”ı İqor Ştimaça tapşırılıb. Bu barədə Hindistan Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb. Xorvat baş məşqçiylə 2 illik müqavilə imzalanıb.

2012-2013-cü illərdə Xorvatiya millisini çalışdıran Ştimaçın son iş yeri Qətərin “Əl Şahaniyə” klubu olub.