“Sabah”dan darmadağın, “Qarabağ” məğlub oldu

Futbol üzrə Azərbaycan 1-ci divizionunda 11-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə 4 qarşılaşma keçirilib. “Kəpəz” “Qaradağ Lökbatan”ı üç cavabsız qolla məğlub edib. “Zaqatala” isə səfərdə “Sumqayıt-2″yə qalib gəlib.

Tura bu gün keçirilən iki qarşılaşma ilə yekun vurulub. “Sabah-2” səfərdə “Ağsu” klubu ilə qarşılaşıb. Görüş bakılıların 4:0 hesablı qələbəsiylə başa çatıb. “Turan Tovuz” isə “Qarabağ-2″dən üstün olub – 3:0.

Birinci divizion, 11-ci tur

21 noyabr

Kəpəz – Qaradağ Lökbatan 3:0
Qol:
Elvin Nəsibov, 27; 87. Nodar Məmmədov, 72-pen.
Hakimlər: Nicat İsmayıllı, Səbuhi Soltanov, Elman Kərimov, Rəşad Əhmədov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Elgiz Abbasov
Gəncə şəhər stadionu

MOİK– Səbail-2 0:1
Qol:
Vidadi Cəfərov, 60.
Hakimlər: Rauf Allahverdiyev, Zöhrab Abbasov, Elmin Süleymanov, Namiq Bəkirov
Hakim-inspektor: Ruhulla Kərimov
AFFA nümayəndəsi: Eldəniz Musayev
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu

Keşlə-2 – Zirə-2 0:2
Qol:
Tapdıq Əhmədov, 33. Rauf Salamov, 39.
Hakimlər: Rövşən Rəcəbov, Teymur Teymurov, Ruslan Quliyev, İslam Məmmədov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev
“AZAL Arena”

Sumqayıt-2 – Zaqatala 1:3
Qol:
Elnur Cəfərov, 34 – Bəhruz Teymurov, 46, Famil Camalov, 61. Maqsud Ələkbərov, 68.
Hakimlər: Fərid Hacıyev, Kamran Bayramov, Rəhman İmami, Tural Qurbanov
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Erkin Hüseynov
Sumqayıt şəhər stadionu (ehtiyat meydança)

22 noyabr

Turan Tovuz – Qarabağ-2 3:0
Qol:
Elçin Qasımov, 64. İlkin Sadıqov, 85; 89.
Hakimlər: Əliyar Ağayev, Pərvin Talıbov, Səbuhi Əmrahov, Vüqar Həsənli
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Şaiq Həmidov
Şəmkir Olimpiya İdman Kompleksinin stadionu

Ağsu – Sabah-2 0:4
Qol:
Bəxtiyar Soltanov, 27; 67. Emil Qasımov, 57. Cavid Nəcizadə, 88.
Hakimlər: Rəvan Həmzəzadə, Qəzənfər Məmmədov, Elxan Əsgərzadə, Səbuhi Bayramov
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Maşallah Əhmədov
Ağsu şəhər stadionu

Qeyd: Bu tur “Neftçi-2” komandası istirahət edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button