Fransaya uyğunlaşa bilmədiyi deyilirdi – Liqa 1-də qaldı

Ötən ayın sonunda Fransanın “Brest” klubundan ayrılan əlcəzairli yarımmüdafiəçi Yusef Belailinin yeni iş yeri müəyyənləşib.

Komanda.az xəbər verir ki, o, Liqa 1-in digər təmsilçisi “Ayaçço”ya keçib.

Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb. 30 yaşlı futbolçu ilə 2023-cü ilin 30 iyununa kimi müqavilə imzalanıb.

Belaili ilə “Brest” arasındakı müqaviləyə sentyabrın 29-da qarşılıqlı razılıq əsasında xitam verilmişdi. Ayrılığa səbəb kimi Əlcəzairdən olan vingerin Liqa 1 klubuna və Fransaya uyğunlaşa bilməməsi göstərilmişdi. Klubun idman direktoru Qreqori Lorenzi isə futbolçunun ailəsi üçün darıxdığını söyləmişdi. Lakin maraqlıdır ki, cəmi bir neçə həftə sonra Belaili Liqa 1-in digər klubu ilə anlaşdı.

Belaili daha öncə “Qətər”, “Əl-Əhli, “Esperans”, “Anje”, “Əlcəzair”, “Oran” kimi klubların da formasını geyinib. O, Əlcəzair yığmasında 42 oyuna çıxıb və 9 qola imza atıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button