Fransa klubunda baş məşqçiylə yeni müqavilə

Fransanın “Strasburq” klubu baş məşqçisi Tyerri Lorenin müqaviləsinin müddətini artırıb.

Komanda.az xəbər verir ki, Liqa 1 təmsilçisi 56 yaşlı mütəxəssislə müddəti 2021-ci ilin yayına qədər olan yeni sözləşmə imzalayıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

2016-cı ildən “Strasburq”u çalışdıran Lorenin müqaviləsi mövsümün sonuna qədər idi. “Strasburq” Liqa 1-də 11-ci sıradadır.