“Bavariya” ilə oyundan əvvəl PSJ-də koronavirus şoku

Fransanın PSJ klubunun futbolçusu Alessandro Florensi koronavirusa yoluxub.

Komanda.az xəbər verir ki, bu barədə Paris təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Florensinin koronavirus testi müsbət çıxıb.

İtalyan müdafiəçi PSJ-nin Çempionlar Liqasının 1/4 final mərhələsində “Bavariya” ilə qarşılaşacağı ilk oyunu buraxacaq.

Aprelin 7-də keçiriləcək “Bavariya” – PSJ matçı saat 23:00-da start götürəcək.