PSJ bahalı transfer etməyəcək – səbəbi…

Fransanın PSJ klubu yayda bahalı transfer etməyəcək.

Komanda.az xəbər verir ki, bu barədə “Lequipe” nəşri məlumat yayıb. Xəbərdə, PSJ-nin yayda əsas hədəfinin bahalı transferlər etmək deyil, hücumçu Kilian Mbappeni komandada saxlamaq olduğu bildirilib.

Mbappenin adı İspaniyanın “Real” klubu ilə hallanır. Paris təmsilçisi 22 yaşlı futbolçu ilə müqaviləni yeniləmək istəyir. Mbappenin indiki sözləşməsi 2022-ci ilin yayına qədərdir.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button