Fransanın PSJ klubu futbolçusu Xuan Bernatın müqaviləsinin müddətini artırmağa hazırlaşır.
Komanda.az xəbər verir ki, tərəflər artıq razılığa gəlib. Bu barədə Fransa mətbuatı məlumat yayıb. PSJ ispan müdafiəçi ilə müddəti 2026-cı ilin yayına qədər olan yeni sözləşmə imzalayacaq.
Bernat bu mövsüm PSJ ilə üç oyuna çıxıb. Müdafiəçinin indiki müqaviləsi mövsümün sonuna qədərdir.