Fransa prezidentindən isveçli azarkeşlərin öldürülməsinə reaksiya

Fransa prezidenti Emmanuel Makron Belçikada isveçli azarkeşlərin qətli ilə bağlı danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ölkə prezidenti öz sosial şəbəkə hesabında hadisə ilə bağlı paylaşım edərək, dəstək verib:

“Mən indicə Belçikanın baş naziri Alexander De Croo ilə Brüsselin yaşadığı bu dəhşətli hadisə ilə bağlı fransız xalqının həmrəyliyini ifadə etmək üçün danışdım. Biz bu qorxaq hücumun qurbanlarını, eləcə də belçikalı və isveçli dostlarımızı düşünür və onların sarsıntısını paylaşırıq”.

Oktyabrın 16-da Brüsseldə Avropa çempionatının seçmə mərhələsinin Belçika – İsveç matçı öncəsi iki isveçli azarkeş güllələnib. Birinci hissədən sonra oyun dayandırılıb və davam etdirilməyib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button