“Monako” üçün tibbi müayinədən keçəcək

Fransanın “Monako” klubu heyətini yeni futbolçuyla gücləndirməyə hazırlaşır.

Komanda.az xəbər verir ki, Liqa 1 təmsilçisi Serbiya “Partizan”ından Straxinya Pavloviçi transfer etməyə yaxındır. Bu barədə Fransa mətbuatı məlumat yayıb. 18 yaşlı müdafiəçinin yaxın zamanda “Monako” üçün tibbi müayinədən keçəcəyi bildirilir.

“Monako” Pavloviç üçün 12 milyon avro ödəyəcək.

“Partizan”ın yetirməsi olan müdafiəçi bu mövsüm 24 oyuna çıxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button