“Monako” Avropa çempionu ilə gücləndi – rəsmi

Fransanın “Monako” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Liqa 1 təmsilçisi “Köln”dən İsmail Yakobsu transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 21 yaşlı cinah oyunçusu ilə müddəti 2026-cı ilin yayına qədər olan müqavilə imzalanıb.

Yakobs Almaniyanın U-21 yığması ilə bu il keçirilən Avropa çempionatının qalibi olub.

“Monako” yarımmüdafiəçi üçün “Köln”ə 7 milyon avro ödəyib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button