“Monako” futbolçusuna qiymət qoydu – “Real” istəyir

Fransanın “Monako” klubu futbolçusu Orelyen Çuameninin transfer dəyərini müəyyənləşdirib.

Komanda.az xəbər verir ki, Liqa 1 təmsilçisi adı “Real”la hallanan 21 yaşlı oyunçu üçün azı 60 milyon avro tələb edir. Bu barədə “Marca” nəşri məlumat yayıb.

Çuameni bu mövsüm “Monako” ilə 15 oyuna çıxıb və 2 qolla yadda qalıb. Yarımmüdafiəçi Fransa millisi ilə UEFA Millətlər Liqasının qalibi olub.