“Anyelli tərəfindən aldadıldığımı hiss edirəm” – Olas

Fransanın “Lion” klubunun prezidenti Jan-Mişel Olas açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Olas, “Yuventus” klubunun prezidenti Andrea Anyelli tərəfindən aldadıldığını deyib:

“UEFA-nın prezidenti Aleksander Çeferinlə Avropa Super Liqasını müzakirə etdik. Bazar günü Anyelliyə zəng etdim, götürmədi. Onunla danışmaq istəyirdim, cavab vermədi. Çeferin də onunla əlaqə qura bilməmişdi. Bu, bizi narahat edirdi. Onunla yaxın idik. Heç olmasa, əvvəlcədən bir şey olacağını xəbərdar etməsini istəyirdim. Anyelli tərəfindən aldadıldığımı hiss edirəm”.

Aprelin 19-da Avropanın 12 klubu Avropa Super Liqasının yaradıldığını bəyan etmişdi. Yeni turnirin ilkin mərhələsində İngiltərənin “Mançester Yunayted”, “Mançester Siti”, “Tottenhem”, “Liverpul”, “Çelsi”, “Arsenal”, İspaniyanın “Barselona”, “Atletiko”, “Real”, İtaliyanın “Milan”, “İnter” və “Yuventus” klubları iştirak edəcəkdi.

Futbol ictimaiyyətinin narazılığından və UEFA-nın təzyiqlərindən sonra İspaniyanın “Real” və “Barselona” klubundan başqa, digər bütün iştirakçılar Avropa Super Liqası layihəsindən çıxdıqlarını açıqlayıblar.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button