Elitanı tərk edən klub baş məşqçisini qovdu

Fransanın “Genqam” klubu baş məşqçisi Joslen Qurvenneklə yollarını ayırıb.

Komanda.az xəbər verir ki, 47 yaşlı mütəxəssisin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

“Genqam” bu mövsüm Liqa 1-də 37 turdan sonra 27 xalla sonuncu sırada qərarlaşıb. Klubun sona bir tur qalmış elitanı tərk edəcəyi dəqiqləşib. Komanda növbəti mövsümdən Liqa 2-də çıxış edəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button