“Hədəfim Platiniyə çatmaqdır” – Jiru

“Çelsi”nin fransalı futbolçusu Olivye Jiru açıqlama verib.

Komanda.az xəbər verir ki, Fransa mətbuatına danışan 33 yaşlı futbolçu, millidəki hədəfləri barədə danışıb:

“Fransanın futbol tarixində qalmaq istəyirəm. Millidə 97 oyun keçirmişəm. Mart və aprel ayındakı oyunlarda 100-ə çatmağa ümid edirdim, amma alınmadı. Milli komandada 39 qolum var və hədəfim 41 qol vuran Mişel Platiniyə çatmaqdır. Fransa millisi ilə növbəti il Avropa çempionu olmaq istəyirəm”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button