“Xoruzlar” 100-ə çatdı

Fransa millisi AÇ-2020-nin seçmə mərhələsində Andorranı məğlub edib.

Komanda.az UEFA-nın saytına istinadən xəbər verir ki, 3:0 hesabıyla bitən görüş “xoruzlar” üçün əlamətdar olub. Belə ki, bu qələbə Fransa milli komandasının ev oyunlarını keçirdiyi “Stad-de-Frans” stadionunda sayca 100-cü olub.

Fransa millisi AÇ-2020-nin H qrupunda 15 xalla 2-ci sıradadır.