Fransa yığmasının sabiq hücumçusu ölkəsinə qayıtdı

Fransa milli komandasının sabiq futbolçusu Kevin Qameyronun yeni iş yeri məlum olub.

Komanda.az xəbər verir ki, son ünvanı İspaniya “Valensiya”sı olan 34 yaşlı hücumçu “Strasburq” klubuna keçib. Bu barədə Liqa 1 təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Qameyro ilə 2 illik müqavilə imzalanıb.

Fransalı hücumçu peşəkar futbolçu karyerasına məhz “Strasburq”da başlayıb. O, 2005-2008-ci illər aralığında bu klubun uğurları üçün çalışıb.

Karyerası ərzində Fransada “Strasburq”, “Loryan”, PSJ, İspaniyada “Atletiko”, “Valensiya” kimi klublarda çıxış edən Qameyro Fransa milli komandasında 13 oyuna 3 qol vurub.