Fransa kubokunda ilk finalçı bəlli oldu

Fransa kubokunun yarımfinal mərhələsinə start verilib.

Komanda.az xəbər verir ki, ötən gecə turnirin ilk finalçısı müəyyənləşib.

Lion “Olimpik”i doğma meydanda qarşılaşdığı “Valansyen”i 3 cavabsız qolla məğlub edib. Meydan sahiblərinin heyətində Aleksandre Lakazett dubla imza atıb. Matçda son nöqtəni isə Gift Orban qoyub.

Yarımfinalın digər görüşü bu gecə PSJ və “Renn” arasında keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button