Fransa klubundan Super Liqa təmsilçisinə

Türkiyənin “Kayserispor” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi Fransanın “Reyms” klubundan Aksel Aktaşı transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 20 yaşlı türkiyəli yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb.

Fransada anadan olan Aktaş, bu ölknənin “Soşo” klubunun yetirməsidi. O, iki mövsüm bu klubun ikinci komandasında oynadıqdan sonra, 2018-ci ildə əsas komandada da oynamağa başlayıb. Ötən yay “Reyms” gənc yarımmüdafiəçini transfer etsə də, ona əsas komandada şans verilməyib. Fransanın U-16 və U-18 yığmalarında da oynamış Aksel, 2018-ci ildən Türkiyənin U-19 yığmasına çağırılmağa başlayıb.