Fransa klubundan ayrıldı, yenidən Premyer Liqaya döndü

Futbol üzrə Qabon milli komandasının yarımmüdafiəçisi Mario Lemina Fransanın “Nitsa” klubundan ayrılıb.

Komanda.az xəbər verir ki, o, İngiltərənin “Vulverhempton” klubuna transfer olunub.

Bu barədə sözügedən klublar rəsmi saytları vasitəsilə məlumat yayıblar. 29 yaşlı futbolçu Premyer Liqa təmsilçisi ilə 2.5 illik müqaviləyə imza atıb. O, yeni komandasında 5 nömrəli formanı geyinəcək.

Mario Lemina 2021-ci ilin iyul ayından “Nitsa”nın uğurları üçün çalışırdı. O, bu komandanın heyətində 58 oyuna 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Peşəkar karyerasına Fransanın “Loryan” klubunda başlamış Lemina, “Olimpik” (Marsel), “Yuventus”, “Sauthempton”, “Qalatasaray” və “Fulhem”də də forma geyinib. Yarımmüdafiəçi Qabon milli komandasında meydana çıxdığı 24 oyunda 3 qola imza atıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button