“Qızıl top”un təqdimat mərasiminin yeri və vaxtı bilindi

“France Football” nəşri tərəfindən hər il ən yaxşı futbolçuya verilən “qızıl top” mükafatının təqdimat vaxtı məlum olub.

Komanda.az nəşrin rəsmi saytına istinadən xəbər verir ki, mərasim dekabrın 2-də, Şalte teatrında olacaq. “Qızıl top” mükafatının qalibi dünyanın müxtəlif yerlərindən olan 180 jurnalist arasında keçirilən sorğu nəticəsində müəyyənləşəcək.

2018-ci ildə “qızıl top”u “Real”ın və Xorvatiya millisinin üzvü Luka Modriç qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button