
Flikin şəxsən maraqlandığı hücumçu
Dortmund “Borussiya”sının hücumçusu Seru Qirassi karyerasını İspaniyada davam etdirə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Barselona” qvineyalı futbolçu ilə ciddi şəkildə maraqlanır.
Bildirilir ki, transferdə kataloniyalıların baş məşqçisi Hans-Diter Flik şəxsən maraqlıdır. Almaniyalı mütəxəssis hesab edir ki, Qirassi komandanın hücumçusu Robert Levandovski üçün ideal əvəzləyici ola bilər. Polşalı forvard yayda klubdan ayrılmağa yaxındır.
Bununla yanaşı, 30 yaşlı forvardla “Tottenhem” də maraqlanır. London təmsilçilərinin nümayəndələri artıq onun oyununu canlı izləyiblər.
Qirassinin “Borussiya” ilə müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir. O, cari mövsümdə Almaniya çempionatında 25 oyuna çıxıb, 12 qol vurub və 2 məhsuldar ötürmə verib.
Bizi Facebook-da izləyin



