Flikin planlarına daxil olsalar da…

“Barselona” yaxın transfer dövründə bəzi futbolçularla bağlı təklifləri nəzərdən keçirməyə hazırdır.

Komanda.az xəbər verir ki, bu barədə “Diario SPORT” məlumat yayıb.

Kataloniya klubunun rəhbərliyi oyunçular üçün heç bir endirim etməyi planlaşdırmır. Alexandro Balde, Jül Kunde və Ronald Arauxo kimi adlar yüksək bazar dəyərinə malikdir və baş məşqçi Hans-Diter Flikin planlarına daxildir.

Klub daxilində bu futbolçuların çıxışından razılıq ifadə olunsa da, uyğun təkliflər gələcəyi təqdirdə onların transferi gündəmə gələ bilər. Ən real ayrılıq namizədi isə Balde hesab olunur. Məlumata əsasən, onun üçün başlanğıc qiymət təxminən 50 milyon avrodur.

“Barselona” 33 turdan sonra topladığı 85 xalla İspaniya La Liqasında turnir cədvəlinə başçılıq edir. Kataloniya təmsilçisinin ən yaxın izləyicisi “Real”la xal fərqi 11-ə bərabərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button