Flik argentinalı futbolçunun “Barselona”ya keçidinə razılıq verib

Hans-Diter Flik gələn mövsümdən etibarən “Barselona”nın yeni baş məşqçisi olacaq.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, almaniyalı mütəxəssis “Betis”in yarımmüdafiəçisi Quido Rodriqesin Kataloniya klubuna transferinə razılıq verib. Rodriqesin “Barsa”ya transferini hazırda komandanı çalışdıran Xavi də istəmişdi.

Rodriqes 2020-ci ildən “Betis”də çıxış edir. Argentinalı futbolçu bu müddətdə İspaniya kubokunu qazanmağı bacarıb.

Yarımmüdafiəçinin “Betis”lə müqaviləsi başa çatdıqdan sonra yayda azad agent olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button