Riberi: “Bavariya”da ona yer yoxdur”

“Fiorentina”nın futbolçusu Frank Riberi Almaniya mətbuatına açıqlama verib.

Komanda.az xəbər verir ki, fransız yarımmüdafiəçi, Dortmund “Borussiya”sının futbolçusu Ceydon Sanço haqda fikirlərini bildirib:

“Bavariya”nın Sançoya ehtiyacı yoxdur. O, yaxşı oyunçu olacaq, amma “Bavariya”da onun mövqeyində kifayət qədər yaxşı futbolçular var. Həmin mövqedə Robert Levandovski, Kinqsli Koman, Tomas Müller, Serj Qnabri, İvan Perişiç və Filippe Koutinyo var. Rəqabət yüksək səviyyədədir.

Sanço “Borussiya” ilə yaxşı mövüm keçirəcək. Ancaq “Bavariya”da ona yer yoxdur”.

2017-ci ildən “Borussiya”da çıxış edən Sanço, bu mövsüm 11 oyunda 4 qol vurub və 7 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button