Kavani 6 aylığa futboldan uzaqlaşdırıla bilər!

Uruqvay millisinin futbolçuları Edinson Kavani və Xose Mariya Ximenes 6 aylıq futboldan uzaqlaşdırıla bilər.

Komanda.az “RMC Sport”-a istinadən xəbər verir ki, buna səbəb həmin futbolçuların DÇ-2022-nin H qrupunun 3-cü turunun Qana ilə matçında (2:0) baş hakim Daniel Zibertə qarşı kobud və təcavüzkar davranış sərgiləmələri olub.

FİFA məsələyə aydınlıq gətirmək üçün Uruqvay Futbol Federasiyasına yanvarın 9-dək vaxt verib. Ali futbol qurumunun İntizam Komitəsi yekun qərarını 2023-cü ilin fevralından tez açıqlamağı düşünmür. Mümkün diskvalifikasiya qərarının oyunçuların milli komanda ilə yanaşı, klublarındakı çıxışlarına da aid ediləcəyi gözlənilir.

Kavani hazırda İspaniyanın “Valensiya”, Ximenes isə “Atletiko” klubunda çıxış edir.

Daniel Zibertin bəzi qərarlarından narazı qalan futbolçular final fitindən sonra almaniyalı hakimin üzərinə hücum ediblər. Mühafizəçilər onları çətinliklə sakitləşdiriblər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button