FİFA “The Best” mükafatına namizədlərin siyahısını açıqladı

FİFA “The Best” mükafatına namizəd futbolçuların və məşqçilərin siyahısını açıqlayıb.

Komanda.az xəbər verir ki, qurumun rəsmi saytının açıqladığı son siyahıda 11 kişi, 13 qadın futbolçunun adına yer verilib.

Ən yaxşı kişi futbolçu adına namizədlər

  1. Kilian Mbappe (Fransa – PSJ)
  2. Lionel Messi (Argentina – “Barselona”/PSJ)
  3. Neymar (Braziliya – PSJ)
  4. Kərim Benzema (Fransa – “Real”)
  5. Kevin De Bruyne (Belçika – “Mançester Siti)
  6. Kristiano Ronaldo (Portuqaliya – “Mançester Yunayted”)
  7. Jorjinyo (İtaliya – “Çelsi”)
  8. Nqolo Kante (Fransa – “Çelsi”)
  9. Məhəmməd Salah (Misir – “Liverpul”)
  10. Erlinq Haland (Norveç – “Borussiya”, Dortmund)
  11. Robert Levandovski (Polşa – “Bayern)

Ən yaxşı qadın futbolçu adına namizədlər

  1. Stina Blakstenius (İsveç – “Hakken”)
  2. Aytana Bonmati (İspaniya – “Barselona”)
  3. Lusi Bronz (İngiltərə – “Mançester Siti”)
  4. Maqdalena Eriksson (İsveç – “Çelsi”)
  5. Karolina Hansen (Norveç – “Barselona”)
  6. Pernille Harder (Danimarka – “Çelsi”)
  7. Cennifer Hermoso (İspaniya – “Barselona”)
  8. Ji Soyun (Cənubi Koreya – “Çelsi”)
  9. Sam Kerr (Avstraliya – “Çelsi”)
  10. Vivianne Midema (Niderland – “Arsenal”)
  11. Aleksiya Putelyas (İspaniya – “Barselona”)
  12. Kristina Sinkleyr (Kanada – “Portlend Torns”)
  13. Ellen Uayt (İngiltərə – “Mançester Siti”)

Ən yaxşı kişi qapıçı adına namizədlər

  1. Alisson Bekker (Braziliya – “Liverpul”)
  2. Canluici Donnarumma (İtaliya – “Milan”/PSJ)
  3. Eduar Mendi (Seneqal – “Çelsi”)
  4. Manuel Noyer (Almaniya – “Bavariya”)
  5. Kasper Şmeyxel (Danimarka – “Lester Siti”)

Ən yaxşı qadın qapıçı adına namizədlər

  1. Ann-Ketrin Berger (Almaniya – “Çelsi”)
  2. Kristiana Endler (Çili – PSJ/”Olimpik”, Lion)
  3. Stefani Labbe (Kanada – “Rozenqard”/PSJ)
  4. Hedviq Lindal (İsveç – “Atletiko”, Madrid)
  5. Alissa Niher (ABŞ – “Çikaqo Red Starz”)

Ən yaxşı kişi baş məşqçi adına namizədlər

  1. Antonio Konte (İtaliya – “İnter”/”Tottenhem”)
  2. Hans-Diter Flik (Almaniya – “Bavariya”/Almaniya millisi)
  3. Xosep Qvardiola (İspaniya – “Mançester Siti”)
  4. Roberto Mançini (İtaliya – İtaliya millisi)
  5. Lionel Skaloni (Argentina – Argentina millisi)
  6. Dieqo Simeone (Argentina – “Atletiko”, Madrid)
  7. Tomas Tuxel (Almaniya – “Çelsi”)

Ən yaxşı qadın baş məşqçi adına namizədlər

  1. Luis Kortes (İspaniya – “Barselona”)
  2. Peter Gerhardsson (İsveç – İsveç millisi)
  3. Emma Heyz (İngiltərə – “Çelsi”)
  4. Beverli Pristman (İngiltərə – Kanada millisi)
  5. Sarina Viqman (Niderland – Niderland millisi/İngiltərə millisi)

Bu il 22 noyabr – 10 dekabr aralığında aparılacaq səsvermənin yekununda Ən yaxşı oyunçu, Ən yaxşı baş məşqçi, Ən yaxşı qapıçı, Feyr Pley, Ən yaxşı qol üçün Puşkaş mükafatı, azarkeşlər üçün mükafatın sahibləri və İlin rəmzi komandası müəyyənləşəcək. Fərdi mükafatlar həm kişi, həm də qadın futbolunun təmsilçilərinə veriləcək. Mükafatlandırma mərasimi 2022-ci il yanvarın 17-də baş tutacaq.