FİFA referisi infarkt keçirdi

Rumıniyalı FİFA referisi Ovidiu Hatseqan infarkt keçirib.

Komanda.az “GSP.ro”-ya istinadən xəbər verir ki, 42 yaşlı hakim təcili əməliyyat olunub. Hatseqan bir gün əvvəl döş qəfəsində şiddətli ağrı hiss edib və xəstəxanaya aparılıb. Həkimlər ona infarkt diaqnozu qoyublar.

Onun vəziyyəti hazırda sabitdir. Amma FİFA referisi ən azı həftənin sonunadək xəstəxanada qalacaq.

Hatseqan cari mövsümdə UEFA Çempionlar Liqası və UEFA Avropa Liqası da daxil olmaqla, ümumilikdə 28 oyunda ədaləti qoruyub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button