FİFA-dan gənc futbolçularla bağlı yeni təşəbbüs

FİFA klublarla bağlı yeni qaydanın tətbiqini müzakirəyə çıxarmağa hazırlaşır.

Qurumun Vankuverdə keçirilən Şura iclasında bütün tərəflərlə məsləhətləşmələrin başlanması yekdilliklə təsdiqlənib. Təklifə əsasən, klublar hər oyunda meydanda ən azı bir gənc – 20 və ya 21 yaşlı, akademiya yetirməsi olan futbolçunu meydana buraxmalı olacaq.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, bu təşəbbüsün gələn il keçiriləcək FİFA Konqresində rəsmi şəkildə təqdim olunacağı bildirilir.

Layihənin əsas məqsədi klubları yalnız strategiya baxımından deyil, eyni zamanda, qayda səviyyəsində gənc istedadlara sərmayə yatırmağa təşviq etməkdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button