FİFA-da prezident seçkilərinin vaxtı açıqlandı

FİFA-da növbəti prezident seçkilərinin vaxtı açıqlanıb.

Komanda.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Seçkilər 2023-cü ildə, ali futbol qurumunun 73-cü konqresində keçiriləcək. Seçki dövrü bu il martın 31-də başlayacaq. FİFA-ya üzv olan milli assosiasiyalar qurumun prezidenti vəzifəsinə öz namizədlərini konqresə dörd ay qalmışadək təklif etməlidirlər. Seçki prosesi isə konqresdən bir ay əvvəl start götürəcək.

FİFA-nın hazırkı prezidenti Canni İnfantinodur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button