Ferdinandı düşündürən sual

“Mançester Yunayted” İngiltərə Premyer Liqasının 35-ci turunda “Vest Hem”lə üz-üzə gəlib (0:1).

Komanda.az “BT Sport”-a istinadən xəbər verir ki, matçdan sonra “qırmızı şeytanlar”ın keçmiş futbolçusu Rio Ferdinand qapıçı David de Xea haqda onu düşündürən sualı dilə gətirib:

“De Xea barədə məni düşündürən bir sual var: o, Erik ten Haqın tələb etdiyi kimi, ayaqla kifayət qədər yaxşı oynayır? David yaxşı futbolçudur. Məncə, sualımın cavabını cari mövsümün sonunda Ten Haq yekun fikrini bildirəndə öyrənəcəyik”.

Xatırladaq ki, meydan sahibləri ispaniyalı qapıçının səhvi nəticəsində vurulan qolla minimal hesablı qələbəyə seviniblər.

Mançester təmsilçisi hazırda İngiltərə çempionatının turnir cədvəlində 63 xalla 4-cü, “Vest Hem” isə 37 xalla 15-ci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button